Rusiya pasportu ilə Qarabağa buraxılacağımızı düşünmürdük. Lakin sülhməramlılar son anda fikirlərini dəyişdilər. Biz Laçın dəhlizi vasitəsilə Qarabağa keçdik. Burada qarşılaşdığımız hadisələr bizi çox təəccübləndirdi… Təsəvvür edin, Rusiya pasportu ilə Qarabağa buraxılırsan və Azərbaycan torpaqlarında əleyhinə video hazırlayırsan. Kimin sifarişi ilə edilir bunlar? Buna kim icazə verir? Və biz buna niyə qarışa bilmirik? Bir bax kanalındasınız, dəyərli izləyicilər.
Bu videonu maksimum şəkildə paylaşıb, bizə dəstək olun. Rus bloqer Sergey Vasilyev öz dostu ilə Azərbaycanın Qarabağ bölgəsinə gəlib və burada çəkilişlər aparıb. Əvvəlcə Ermənistana gələn bloqer və dostu buradan Laçın dəhlizi vasitəsilə Qarabağa keçib. Videonu 24 iyul 2021-ci ildə yayımlayıb. Bloqer deyir ki, rus sülhməramlıların olduğu ilk yoxlanış məntəqəsindən maneəsiz keçiblər. İkinci buraxılış məntəqəsində sülhməramlılar onlara Qarabağa xaricilərin buraxılmadığını desələr də, sonradan fikirlərini dəyişərək onların Xankəndi şəhərinə getməsinə şərait yaradıblar. Sülhməramlı kimdir axı rusiya vətəndaşına torpaqlarımıza keçməyə icazə verirlər? Saxta info saytı bu məsələni araşdırıb. Diqqət ekrana: Əvvəlcə qeyd edək ki, Laçın dəhlizi, yəni Şərqi Zəngəzur boyunca, həmçinin Xankəndi tərəflərdə çəkiliş aparan bloqer sadəcə səyahət videosu hazırlamayıb. Arada “Böyük Ermənistan” tarixinə də ekskurs edib və Qarabağın 4-cü əsrdə Ermənistana daxil olduğunu iddia edib, həm də sadəcə eşitdiklərinə əsasən.
Təbii ki, bu məqam rus bloqerin video hazırlayarkən sadəcə səyahətə gəlmədiyini, eyni zamanda ermənilərin diqqətini cəlb etmək niyətində olduğunu göstərir. Onun ermənipərəst bloqer Semyon Peqov kimi bank hesabını paylaşması da bu fikri qüvvətləndirir. Bloqerə Qarabağ ərazisində sərbəst hərəkət üçün şərait yaradılması ilə bağlı rusiyalı sülhməramlılara xüsusi tapşırıq verilib-verilmədiyini birmənalı şəkildə demək çətindir. Amma onların bloqeri, bir qədər də konkret desək xarici vətəndaşı Azərbaycan ərazisinə buraxmaq səlahiyyətinin olmadığı birmənalıdır. Məsələ burasındadır ki, İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixdə imazladığı üçtərəfli bəyanatda Rusiya sülhməramlı kontingentinin vəzifə və səlahiyyətləri konkret olaraq əksini tapıb. Bu sənədə əsasən Laçın dəhlizi boyunca və Qarabağda bir sıra ərazilərə yerləşdirilən sülhməramlılara Azərbaycanın Qarabağ bölgəsinə xarici vətəndaş buraxmaq səlahiyyəti verilməyib. Üsətlik bəyanatın 6-cı bəndinə əsasən Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə, təhlükəsizliyinə məhz Azərbaycan tərəfi zəmanət verir. Laçın dəhlizi Qarabağda yaşayan ermənilər üçün humanitar koridor rolunu oynayır. Yəni, söhbət məhz Qarabağda yaşayan ermənilərin bu dəhlizdən istifadəsindən, onların təminatı üçün yüklərin daşınmasından gedir. Xarici vətəndaşların gəzməsi üçün deyil. Bu, sülhməramlıların yol verdiyi ilk özbaşınalıq deyil.
Bundan əvvəl onlar Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyanın, həmçinin fransalı deputatların Laçın dəhlizi vasitəsilə Xankədinə girişinə şərait yaradıblar. Prezidenti İlham Əliyev bu məsələyə münasibət bildirərək, “bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz” cavabını verib. Sitat: “Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur”. Göründüyü kimi Azərbaycan tərəfinin tələbi konkret və aydındır: İcazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Yeri gəlmişkən, Qarabağa qanunsuz səfər edən şəxslərin adları Azərbaycan Xarici İşlər Nazirliyinin “ölkəyə girişi qadağan olunan xarici vətəndaşlar siyahısı”na salınır. Yerli medianın məlumatlına görə, indiyə qədər bu siyahıya 1040 nəfərin adı salınıb. Rəsmi Bakı bununla bağlı dəfələrlə xəbərdarlıq edib. Xatırladaq ki, əcnəbi jurnalistlərin Azərbaycan ərazisində fəaliyyətini tənzimləmək üçün akkreditasiya qaydaları da mövcuddur.
18 mart 2015-ci ildə təsdiqlənən qaydalara görə xarici jurnalistlər Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən akkreditə edilməlidir. Saxta.info bu qənaətə gəlib ki, sülhməramlıların xarici ölkə vətəndaşını Qarabağa buraxmaq səlahiyyəti yoxdur, rus bloqerin Qarabağa Ermənistandan gəlməsi isə Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Bu günlük bizdən bu qədər…