İqtisadçı Rövşən Ağayev öz feysbuk səhifəsində 2023-cü ilin dövlət büdcəsindən sosial sahəyə ayrılmış vəsaitlərin tərkibində təqaüdlərin maliyyələşdirilməsi ilə bağlı bəzi xərclərin ictimaiyyətə açıqlanmadığını, bununla da həmin xərclərin istifadəsinin şübhə doğurduğunu iddia edib. Sitat: Dövlət büdcəsindən təqaüdlərə hər il xeyli vəsait ayrılır. 2023-cü ildə də 16 milyon manat artımla 556 milyon manata çatdırılıb. Büdcə sənədində həmin vəsaitin bir sıra istiqamətləri aydın görünür. Məsələn, fəxri adlara, Milli Qəhrəman adına, 20 Yanvar şəhidlərinin aillərinə, fərdi təqaqüdlər, şəhid ailələrinə və s.  Amma nəzərdə tutulan vəsaitin böyük hissəsi - 371 milyon manatı “digər təqaüdlər” maddəsi altında xərclənəcək. 1-ci sual budur ki, “digər” dedikdə nələr nəzərdə tutulur. 2-ci sual budur: pensiya və sosial müavinətlər qanunla tənzimlənir. Bəs təqaüdlərin müyyən edilməsini və ödənməsini tənzimləyən hansı normativ aktlar var?”

Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Məlum olduğu kimi, hər ilə büdcə zərfi tərtib edilərkən bütün sosial xarakterli ödənişlərin təsnifatı ilə yanaşı, təqaüdlərin də bölgüsü ictimaiyyətə açıqlanır. Həmin təsnifatda müavinətlərə, sosial yardımlara və təqüdlərə nə qədər xərc nəzərdə tutulubsa, büdcə layihəsində bənd-bənd öz əksini tapır. Təqaüdlərin xərc bölgüsü də eyni qaydada aydın şəkildə görünür. Həmçinin, 2023-cü ilin büdcəsində nəzərdə tutulmuş 371 milyon manat məbləğində vəsait də bir neçə növ təqaüd üçün nəzərdə tutulub və “digər təqaüdlər” xərc maddəsi altında təsnifləşdirilib. Təəccüblüdür ki, tanınmış iqtisadçı “digər təqaüdlər”in dedikdə hansı təqaüdlərin nəzərdə tutulduğunu aydın olmadığını bildirir və bununla da həmin vəsaitlərin təyinatının şübhə doğurduğunu izah etməyə çalışır.

Əslində “digər təqaüdlər” deyildikdə hansı təqaüdlərin nəzərdə tutulduğunu büdcə və maliyyədən ortabab bilgisi olan bütün iqtisadçılara aydın və tanış anlayışdır. Elə bu açıqlamanın müəllifinə də. Təqaüd anlayışının bütün sosial kateqoriyalar üzrə təsnifatını diqqətlə nəzərdən keçirdikdə, bura fəxri adlar, Milli Qəhrəmanlar, şəhid ailələri, eləcə də 20 Yanvar şəhidlərinin ailləri, fərdi təqaqüdlər və s. kateqoriyalardan başqa, 10-dan çox digər təqaüd növlərinin də mövcud olduğunu görə bilərik. Xüsusilə də Azərbaycan Respublikası Prezidentinin müxtəlif dövrlərdə imzaladığı Fərmanlara əsasən, son illərdə təqaüdlərin sayının genişləndiyini görmək mümkündür. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında”, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” və “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”,  “Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında”, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman və sərəncamlara əsasən təqaüd növləri müəyyən edilib. İstinad 1 istinad 2 istinad 3

Bunlardan əlavə “Ümumi xəstəliklərlə, hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar, əmək xəsarəti və peşə xəstəliyi ilə əlaqədar təqaüdlər, “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında”, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında”, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” dövlət başçısının sərəncamlarına əsasən digər təqaüd növləri mövcuddur. Bütün bu təqaüdlər məhz “digər təqaüdlər” kateqoriyasına aiddir. 
mənbə1 mənbə2 mənbə3

Beləliklə, yuxarıda qeyd etdiyimiz 10-dan artıq təqaüd növü büdcə sənədində, yaxud İcmal büdcədə, yəni “Dövlət Sosial Müdaifə Fondunun büdəci haqqında” qanun layihəsində nəzərdə tutulmuş “digər təqaüdlər” kateqoriyasına daxildir. Yəni, həmin təqaüdlərin təsnifatı tam aydındır. Həmin təqaüdlərin xərc bölgüsü isə (371 milyon manat məbləğində vəsait) yuxarıda qeyd etdiyimiz kimi vahid xərc təsnifatı kimi müəyyən edilib və bu da büdcə qanunvericliyinin tələblərinə tam uyğundur.   


R. Ağayevin fikrincə, büdcə sənədində Fəxri adlar, Milli Qəhrəman, şəhid ailələrinin, 20 Yanvar şəhidlərinin aillərinin və s. bu tipli təqaüdlərin xərc istiqamətlərinin hər biri təqaüd növü üzrə ayrıca göstərildiyi halda, “digər təqaüdlər”ə aid olan təqaüd növlərinin yalnız bir xərc maddəsi altında qeyd edilməsi sual doğurur.

Əslində burada da sual doğuracaq təəccüblü hal yoxdur, bütün detallar büdcə qanunvericiliyi və maliyyə təlimatlarına uyğun təsnifat müəyyən edilib. Büdcə sənədlərində Fəxri adlar, Milli Qəhrəman, şəhid ailələrinin, 20 Yanvar şəhidlərinin aillərinin və s. bu tipli təqaüdlərin xərc istiqamətlərinin hər birinin ayrıca qeyd edilməsinin səbəbi onunla bağlıdır ki, bu təqaüdü alan insanların sayı konkret məlumdur. Çünki həmin təqaüdlər sabit, yəni, cari illə nisbətdə növbəti ildə də sayını müəyyən etmək mümkündür. Hətta 2023-cü ildə artımlarla birlikdə həmin təqaüdçülər üçün ayrılacaq vəsaitlərin həcmini konkret göstərmək də olur. Ona görə də, həmin təqaüd növlərinin hər birinin məbləği ayrıca bölgü altında əks etdirilir.
Ancaq, elə müavinətlər vardır ki, onların bölgüsünü növbəti ildə tam şəkildə müəyyən etmək mümkün deyil. Məsələn, ümumi xəstəliklər, əmək xəsarəti və peşə xəstəliyi ilə bağlı, yaxud da orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyə görə, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslər üzrə təqaüdçülərin sayı adətən hər il artır, növbəti ildə də artımın olacağı da təbii prosesdir. Bu baxımdan həmin növ təqaüdçülərin sayı sabit olmadığından və artmaq ehtimalı daha çox olduğundan bu kateqoriyalar üzrə təqaüdçülərin konkret bölgüsünü də vermək çətindir. Məhz buna görə də, büdcə sənədlərində “digər təqaüdlərə” aid olan təqaüdlərin xərc məbləği ayrıca deyil, ümumi rəqəm altında, vahid bir xərc maddəsi kimi göstərilir.
Həmin 372 milyon manat təqaüd xərcləri isə yuxarıda da vurğuladığımız kimi 10-dan artıq təqaüd növü üzrə 200 mindən artıq təqaüdçünün vəsaitləridir və həmin aylıq təqaüdlərin hər qəpiyinin uçotu həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrasına dair, həm də ümumilikdə, dövlət büdcəsinin icrasına dair sənədlərdə öz əksini tapir. Həmin Büdcə sənədlərinin icrasına dair qanun layihələri qanunvericiliyə əsasən, növbəti ilin may-iynn aylarında parlament tərəfindən təsdiq edilir və büdcənin icrasına dair bütün arayışlar (Mid-year Review) Maliyyə Nazirliyinin saytında yerləşdirilir.

O zaman Rövşən Ağayev 372 milyon manatın təqaüdçülər arasında bölgüsünün hər qəpiyinə dair ən kiçik detalları da görə biləcək. 

Burada təəccüblü heç nə yoxdur. Təəccüblü olan tanınmış iqtisadçının büdcə, vergi və sosial müdafiə haqda yazılan populist facebook statuslarından götürdüyü ala-yarımçıq faktlar, saxta rəqəmlərlə iqtisadiyyatdan danışan Əli Kərimli, xaricdə oturub ölkədəki iqtisadi durumla bağlı hər dəfə mütləqdir ki, yalan yazan Qubad İbadoğlu, onların bu fikirlərinin yaranmasında müstəsna rolu olan cəbhəçi Nemət Əliyevlə bir cərgəyə qoşulmasıdır.