“Meydan TV” müsavatçı Elman Fəttahla müharibə veteranlarına, qazilərə dövlət qayğısının olmaması, ümumiyyətlə dövlətin bu sosial kateqoriyaya aid insanlarla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi haqda müzakirəni təqdim edib.
Faktyoxla Lab. özünü I Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edən E.Fəttahın iddialarını araşdırıb.
O, iddia edir ki, “Veteranlar haqqında” qanuna 1994-cü ildən bəri bir neçə dəfə dəyişikliklər edilib və dəyişikliklərdən sonra yeni güzəşt və imtiyazlar müharibə veteranlarına şamil olunmayıb. 20 il əvvəlki qanun müharibə iştirakçılarına imtiyaz verirdi ki, onlar minimum əmək haqqı məbləğindən az olmayan dolanışıqla təmin olunsun. Amma indi qazilər minimum maaş məbləğinin 4-də biri qədər müavinət alır”.
Əvvəla, onu nəzərə almaq lazımdır ki, “müharibə veteran” və “müharibə əlili” fərqli kateqoriyalardır. Veteranlar- sağlamlığı iş və əmək funksiyasını yerinə yetirməyə imkan verən şəxslər, müharibə əlili isə fiziki qüsur və sağlamlıq imkanları məhdud olduğundan əmək qabiliyyəti də məhduddur. Ona görə də, əlilliyi olan şəxslərin əlavə sosial təmina hüquqları vardır. Ancaq bütün bunlara rəğmən, hökumət əlilliyi olmayan veteranlara da eyni sosial münasibəti davam etdirməkdədir. (Mənbə)
E.Fəttah deyir ki, müharibə veteranlarının güzəştlə mənzillər verilmir, güzəştli ipotekadan yararlanmaları məhduddur.
Əvvəla, hökumət Vətən müharibəsi iştirakçılarının ipoteka yükü altına girməsini məqbul hesab etmir, onların birbaşa dövlətin sosial dəstəyi ilə ev- mənzil problemini özü həll edir, bütün icra hakimiyyətlərinə müharibə veteranlarının növbəlilik əsasında mənzil, fərdi ev və torpaq sahəsi ilə təmin edilməsi üçün tapşırıq verilib. Şəhər və rayon icra hakimiyyətlərinin mənzil-uçot siyahılarına diqqət edib müharibə veteranlarının ev növbəsi siyahısı ilə tanış olmaq mümkündür.
Həmçinin, birbaşa Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə veteranlara hər il yüzlərlə mənzil verilir. İndiyə qədər dövlət tərəfindən 12.500-dən çox mənzilin təxminən 70-75 faizi müharibə veteranları hesab edilən əlillərə verilib. Təkcə, Vətən müharibəsindən sonra 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə də 1.450-dək, ümumilikdə ötən dövrdə 7.400 müharibə əlili avtomobillə təmin edilib.
E.Fəttah iddia edir ki, şəhid ailəsinin övladı universitetdə ödənişsiz təhsil ala bilirsə, müharibə veteranlarının övladlarına bu şamil edilmir.
Yuxarıda da izahat verdik ki, müharibə veteranı həm də müharibə əlili hesab olunur. Həmin təyinata uyğun olaraq onların özləri və ailə təhsil imtiyazlarına malikdir. Belə ki, müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunublar.
Elman Fəttahın növbəti iddiası “müharibə veteranlarının dövlət tərəfindən pulsuz müalicə edilməməsi” ilə bağlıdır.
Bütün müharibə veteranları qeydiyyatda olduqları tibb müəssisəsinin göndərişi əsasında müvafiq səhiyyə ocaqlarına pulsuz müalicəyə, sanatoriyaya göndərilir, pulsuz dərmanla təmin olunur, reabilitasiya xidmətləri keçirlər. Təkcə, postmüharibə dövründə 9 mindən artıq şəxsə 28,5 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1456 müharibə əlilinə 20.766 reabilitasiya vasitəsi verilib, 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub.
Yekunda səslənən iddialara cavab olaraq bunları söyləyə bilərik:
Əvvəla, hökumətin sosial humanizminin nəticəsidir ki, sağlamlığını itirmiş bütün əlilliyi olan şəxslərə dövlətin maliyyəsi hesabına müxtəlif dəstək tədbirləri göstərir, həssas yanaşır. Onların pulsuz müalicəsini, sanatoriya, dispanser, reabilitasiya təchizatını üzərinə götürüb. Onları aktiv məşğulluq proqramlarına və ödənişli ictimai işlərə qeyd-şərtsiz cəlb edir.
İkinci, müharibə əlillərinə ilk növbədə, birdəfəlik sığorta ödənişi həyata keçirilir. I dərəcə əlilliyə görə 8.800 manat, II dərəcəyə görə 6.600 manat, III dərəcəyə görə 4.400 manat sığorta ödənilir. Digər əlillərin bu cür sosial təminatı yoxdur.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - I dərəcə üzrə 220 manat, II dərəcə üzrə 180 manat, III dərəcə üzrə 120 manat məbləğində aylıq müavinət alırlar. Üstəgəl, müharibə əlillərinə I qrup üzrə 400 manat, II qrup üzrə 350 manat, III qrup üzrə 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü verilir. Həmçinin, onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
Beləliklə, müharibə əlillərinin aylıq müavinət və təqaüdü birgə 420-520 manata bərabərdir. Yəni, ümumi əlilliyi olanlardan 3 dəfə çox.
Üçüncü, müharibə əlilləri digər əlillərdən fərqli olaraq yerli icra hakimiyyəti orqanlarında uçota alınaraq mənzil və ya fərdi evlə təmin edilirlər.
Dördüncü, müharibə əlilləri növbəliliik qaydasında pulsuz olaraq nəqliyyat vasitəsi ilə təmin olunurlar.
Beşinci, müharibə əlillərinin uşaqları, habelə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azaddır.
Altıncı, müharibə əlilləri üçün müəssisə və təşkilatlarda kvotadan əlavə iş yerləri yaradılır və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi təmin olunur. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə qanunvericiliyə uyğun olaraq müvafiq qayda və məbləğdə mənzil-komunal xərclərinin qarşılanması üçün müavinət verilir. (Mənbə)
Yeddinci, müharibə əlilləri üçün vergi və əmək, digər fəaliyyət sahələri üzrə qanunvericlikdə bir sıra güzəştlər nəzərdə tutulub. Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, müharibə veteranı adı almış fiziki şəxslər hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirin 400 manat məbləğində vergisindən azaldılır. (Mənbə)
Səkkizinci, müharibə əlillərinin özünüməşğulluq proqramına növbədənkənar cəlb edilməsi, kiçik ailə təsərrüfat və müəsissələrinin yaradılması, haqqı ödənilən ictimai işlərə cəlb olunması, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi ilə təmin olunması və sosial müəssisələrdəə əlavə iş yerlərinin yaradılması da daxildir.
Yəqin ki, bu sadalanalar E.Fəttahın müharibə veteranları və qazilərlə bağlı dövlətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə dair bütün iddialarının əsassızlığını sübut etmək üçün kifayət edər. Bu mövzuya toxunmaqda məqsədimiz həm də Meydan TV-nin siyasətçi kimi elə də çəkisi olmayan, lakin özünü I Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edən Elman Fəttahın dediklərini qarşı tərəfin fikirlərini öyrənmədən yayımlamasına reaksiya vermək idi.