Bu qənaətə Belçika alimləri 120 nəfər “Covid-19” virusuna yoluxan və sağalan kişidən götürülmüş sperm nümunələrinin araşdırmasından sonra gəliblər. Onların fikrincə, 30-35 yaş aralığında olan tədqiqat obyekti kişilərin ata olmaq şansı xəstəlikdən sonra azalıb. Xəstəlikdən 50 gün sonra aparılan sperm analizi göstərib ki, hətta spermdə heç bir virus hissəciyi, qalığı aşkarlanmamasına rəğmən, onun keyfiyyət və hərəkətliliyi pozulub. Alimlərin müşahidəsi göstərib ki, sperm hərəkətliliyi insan tamamilə sağaldıqdan 2-3 ay sonra tədricən bərpa olunmağa başlayıb. Məhz bu səbəbdən “Covid-19”a yoluxan kişilərin sağaldıqdan sonrakı 3-5 ay ərzində ata olmaq şansı çox aşağı olub. (Mənbə: euronews)
Alimlərin qənaətincə, 1-2 faiz kişilərin reproduktiv sağlamlığının bərpa olunmayacağı da istisna deyil.
Faktyoxla Lab. belçikalı alimlərin bu qənaətini araşdırıb. Maraqlıdır, bu qənaəti Azərbaycan mütəxəssisləri də təsdiq edirmi?
Azərbaycanın baş uroloqu Xəqani Hüseynov Faktyoxla.az-a açıqlamasında tibb elmi üçün hələ yeni olan Covid-19-la bağlı qəti fikir söyləməyin tez olduğunu deyib. Onun sözlərinə görə, elə vəziyyət yarana bilər ki, bu gün gəlinən qənaətin bir müddət sonra tamamilə yanlış olduğu təsdiqlənər.
X.Hüseynov “Covid-19”un deyildiyi, təsəvvürümüzdə formalaşdırıldığı kimi də ağır olmadığı fikrindədir: “Doğrudur, virusun orqanizmə daxil olmasıyla insanda fərqli əlamətlər ortaya çıxır, ən sağlam orqanında ən ağır əlamətlər müşahidə oluna bilir. Məsələn, sağlam böyrəyi olan insanın “Covid-19”-a yoluxmasıyla böyrək çatışmazlığı problemi ilə qarşı-qarşıya qala bilər. Ya da heç vaxt radikuliti olmamış birində radikulit sancıları baş qaldırır. Ona görə də 10, 100 adam üzərində aparılan müşahidə ilə elmi nəticəyə gəlmək mümkün deyil. Bu müşahidə ilə sadəcə fikir söyləmək olar ki, belçikalı alimlərin fikrində də müəyyən həqiqət var. Sözsüz ki, virusun təsiri çoxdur. Ancaq sonrakı nəticələrinin nə qədər qalıcı olduğunu söyləmək hələ tezdir, çünki təsir keçicidir”.
Nəticə: Covid infeksiyası kişilərdə spermanın səviyyəsinə mənfi təsiri haqda qənaətə gəlmək tezdir. Bir neçə nəfərin üzərində aparılan müşahidə ilə elmi nəticə deyil.
Materialın videosunu təqdim edirik: