Ermənilər Şuşa ilə bağlı nəinki tarixi saxtalaşdırır, abidələri özününküləşdirib saxta adlar qoyur, hətta adına belə sahib çıxmağa çalışırlar. Xüsusən də sosial mediada Şuşanın işğaldan azad olunmasını heç vəchlə sinirə bilmir, bu yöndə hər cür təxribata, dezinformasiyaya, saxta məlumat yaymağa cəhd edirlər. Kanadada yaşayan bir erməni istifadəçinin Şuşa ilə bağlı tvitterdə yazdığı şərh də bu qəbildəndir. İndiyə qədər Şuşa abidələrini dağıdıb, əvəzində saxta adlarla abidə tikən, yaşı 10-15 ili keçməyən yonulmuş, bəzədilmiş daşlara xaçkar adı verib, dünyaya qədim erməni tarixi abidəsi kimi təqdim edənləri çox görmüşdük. Alət olaraq ud, saz, tar; təam olaraq lahmaçun, imambayıldı, dolma, küftə; meyvə olaraq nar, əriyin qarşısına “erməni” sözü artırıb, mənimsəyib və təqdim ediblər. Olub, misal üçün erməni udu, erməni narı, erməni kofesi və s.
Bu yazını rus dilində bu linkdən oxuya bilərsiniz
Qeyd edilən mənimsəmələrə biri də əlavə olunub. Belə ki, Kanadanın ermənilər sıx məskunlaşdığı Kvebek əyalətinin Montreal şəhərində yaşayan Alla Avetisyan adlı erməni qadın scrində gördüyümüz şərhi yazıb: Azərbaycanlılarda (erməni qadın istifadəçi Azərbaycan adını qəsdən təhqirli formada dəyişib) ümumiyyətlə Şuşa sözü var? “Şuşa” erməni dilində “şüşə” deməkdir.
Məsələ, bəllidir. Uzun uzadı axtarışa, araşdırmaya ehtiyac yoxdur. Sadəcə erməni dilində “şüşə” sözünün necə səsləndiyinə baxmaq lazımdır. Həm rus, həm də Azərbaycan dilində tərcüməyə verdikdə eyni söz yazılır (səsləndirmə də verilib): apaki.
Təbii ki, Alla Avetisyanın psixoloji probleminin olmasını, yaşının ahıl çağında belə sərsəm danışmasına diqqət yönəltməmək olardı. Amma düşünürük ki, sərsəm düşüncəli düşmənin hər belə hərəkətindən yararlanmaq lazımdır. Belə göydəndüşmə ötürmələr hər zaman olmur.
Beləliklə, Şuşa və şüşə!
“Şuşa” toponiminin etimologiyası haqqında bu mülahizənin tərəfdarları: Ş.Bidlis “Şərəfnamə”, Ə.Dexuda, R.Əli, E.Vasilyev, İ.Rakşan tədqiqatlarında müsəlman şərqində alınmaz qalalara “Şuşa qalaları” deyildiyini qeyd edirlər. Avropa, Asiya, Sibirdə türk və müsəlmanların yaşadığı ərazilərdə “Şuşa”, “Şiştər”, “Şuş” adı daşıyan qala və şəhər adlarına rast gəlinir. XX əsrdə yaşamış rus alimi E. Vasilyev orta əsrlərdə müsəlman şərqi ölkələrində alınmaz qalalara “Şuşa qalaları” deyildiyini qeyd edir. Belə ehtimal olunur ki, o dövrdə alınmaz qalalar şiş qayalar üzərində tikilir, bu da onu əlçatmaz edirdi.
Şuşa toponiminin etimologiyası haqqında folklora, xalq əfsanəsinə nəzər yetirdikdə isə şəhərin bu cür adlandırılmasının səbəbi kimi bu yerlərin havasının büllur, şüşə kimi saf olmasından qaynaqlanması göstərilmiş, şüşə kimi havası olan şəhər mənasında zamanla şüşə sözü Şuşa formasını almışdır.
Şuşa şəhərinin əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Belə ki, 1748-ci ildə Pənahəli bəy Qarabağa gedərək Qarabağ xanlığının əsasını qoyur və özünü Qarabağ xanı elan edir. Bu zaman xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuz iki, Kəbirli, Baharlı, Ziyadoğlular tayfaları təşkil edirdi. Pənahəli xan Qarabağ xanlığını hücumlardan qorumaq məqsədi ilə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını tikdirir, lakin hücumlardan qorumaq üçün daha etibarlı qala tikdirmək qərarına gələrək Tərnəgül olaraq da adlandırılan Şahbulaq qalasını tikdirir. Xanlığın mərkəzini daha etibarlı yerə köçürmək qərarına gələrək yeni yer axtarışına başlayır və 1752-ci ildə Şuşa qalasını tikdirir. XIX əsrə aid Mirzə Rəhim Fənanın “Tarixi Cədidi Qarabağ” əsərində Şuşa şəhərinin tikiliş prosesi ardıcıl sürətdə təsvir edilmişdir. Həmçinin Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Yusif Qarabaği, Həsən İxfa Əlizadə kimi müəlliflərə istinadən Şuşa şəhərinin əsasının Pənahəli xan tərəfindən qoyulduğunu qeyd edə bilərik. Belə ki, şəhər əvvəllər Pənahabad, Qala, Şəhri-Şişə, Şişə və s. son olaraq Şuşa adlandırılmışdır.
Tarixi haqda bu qədər.
Bu yazını ingilis dilində bu linkdən oxuya bilərsiniz
Burada bir xatırlamatma yerinə düşər.
Bu ilin aprel ayında iranlı jurnalist Salar Seyfəddini Şuşa ilə bağlı bir tvit yazmış və orada qədim Azərbaycan şəhərinin adını təhrif etməklə yanaşı tarixi saxtakarlığa da yol vermişdir. Həmin yazını araşdırdığımız zaman qarşımıza Salar Seyfəddini ilə Qarabağda müvəqqəti yaşayan separatçıların trol komandasının üzvü Anuş Gavalyan arasında tvitter yazışması çıxmışdı.
Yazışmada Anuş Gavalyan Salar Seyfəddinidən “Şuşa” sözünün fars dilində nə məna verdiyini soruşur. S. Seyfəddini bu suala “şüşə” cavabı verir. Halbuki Salar Seyfəddini də erməni bloggerlər, jurnalistlər kimi Şuşaya "şuşi" deyirlər.
İndi bəlli olmayan bir məsələ qalır. Kanadada yaşayan Allah Avetisyan erməni dilində "şüşə" sözü olmadığı halda, kasad erməni dilinin leksikonunu yenə də bizim sözlə genişləndirmək istəyirlər ya saxta "şuşi" sözünün tanıtımının baş tutmadığını anlayıb, yeni mərhələyə- özlərinin ən rahat və ənənəvi peşələrinə qayıdırlar?