Son bir ayda tiktok və youtube kanallarının ən diqqətçəkən videosu 399 yaşlı qadının mövcudluğunu əks etdirən kadrlardır. Bu videonu paylaşanlar və şərh yazanlar heyrətlərini gizlədə bilmirlər. Bir müddət sonra həmin şəxsin yaşının 400 deyil, 169 olduğu meydana çıxdı. Və iddia olundu ki, videoda əks olunan qadın deyil, kişidir və o, uzunömürlü rahibdır.
Bəs, bu şəxs kimdir?
Luang Pxo Yay və ya Luang Ta- Tailandlı buddist rahibidır. Onun nəvəsi tiktok hesabında babası ilə videoları paylaşandan bəri böyük izləyici ordusu toplaya bilib: son 3 ayda 612 000 izləyici.
Tiktok paylaşımlarında o, babasını Luang Ta kimi təqdim edir. Lakin bu adın əsl və ya ləqəb olduğunu bilən yoxdur. Videolarda əks olunan yaşlı kişi çox arıq görkəmi var və çox qəribədir ki, bütün videolarda yaşının bu vədəsində də narıncı rahib geyimini çıxartmır.
Nəvəsi @auyary13 ilk videosunu 21 noyabr 2021-ci ildə yayımlayıb və 3 aya 109 min izləyici toplayıb. Lakin yaşlı rahibı dünyaca məşhur edən onun nəticəsinin başını sığallamasını əks etdirən video isə 18 yanvar 2022-ci ildə paylaşılıb və 1 həftə ərzində 74 milyon baxış qazanıb.
Bəs, bu rahibın neçə yaşı var? Tiktok yazışmalarından birində izləyicilərin bu haqda sualına Luang Tanın nəvəsi 109 yaş yazıb.
Əgər google-da axtarışa Luang Ta versəniz onu, rastınıza çıxan Acan Maha Bua adlı budda rahibı ilə səhv salmayın. Əslində onun da ləqəbi Luang Ta olub. Acan Maha Bua tanınmış tay rahib ənənələrinin ustadı olub. O, 2011-ci ildə 102 yaşında vəfat edib.
Bir videosu ilə məşhurlaşan Luang Fo Yay isə 22 mart 2022-ci ildə vəfat edib.
Bəs, hazırda dünyanın ən yaşlı insanı kimdir?
CNN-in məlumatına görə, dünyanın ən yaşlı insanı Kane Tananka adlı yapon qadındır, onun 119 yaşı var. Tananka I Dünya müharibəsini, 1918-ci ildə yaşanan İspan qripi və 2020-ci il COVİD-19 pandemiyalarını, II dünya müharibəsini görmüş və bu günlərə kimi sağ qalmış yeganə planet sakinidir. 2019-cu ildə Kane Tananka Ginnesin Rekordlar Kitabına dünyanın ən yaşlı sakini kimi düşüb.
Ümumiyyətlə insanın 169 il yaşaması mümkündürmü?
Yeşiva Universitetinin Albert Eynşteyn Tibb Kollecinin bir qrup alimləri tərəfindən dərc edilən araşdırmanın nəticələri göstərir ki, insanın maksimum ömrü yüz ildən bir qədər artıqdır. Və biz artıq təbii həddə çatmışıq. Yəni, yaşayış şəraitinin yaxşılaşdırılması və ya xəstəliklərdən yan keçmək heç nəyi dəyişməyəcək. İndi bəzi ekspertlər hesab edir ki, insan effektivliyi siçanlar üzərində sınaqdan keçirilmiş xüsusi dərmanlardan istifadə edərsə, daha uzun yaşaya bilər. Bu ifadəni yoxlamaq hələ mümkün deyil, çünki bu cür dərmanlar insanlarda hələ sınaqdan keçirilməyib. Ancaq bir şey dəqiqdir ki, təbii ömür uzunluğu artıq maksimuma çatıb.
Siçanlara gəldikdə isə, laboratoriya şəraitində metformin və immunosupressant rapamisinin qan dövranına yeridilməsi ilə onların ömrü uzadılıb. Bunlar ümumiyyətlə diabet xəstələri üçün təyin olunan dərmanlardır. Bir insanın əcdadlarından daha uzun yaşaya biləcəyini öyrənmək üçün Yeşiva Universitetinin Albert Eynşteyn Tibb Kollecində Xiao Donqun rəhbərlik etdiyi alimlər İnsan Ölümləri Məlumat Bazasından (Human Mortality Database, HMD ) götürülmüş məlumatları təhlil ediblər.
Mütəxəssislər güman edirdilər ki, əgər insanın gözlənilən maksimum ömür həddi hələ çatmayıbsa, zaman keçdikcə həyat şəraitinin yaxşılaşması ilə uzunömürlülük ilə arta bilər. Buna görə də İsveç də daxil olmaqla, bir neçə inkişaf edən ölkələrin sakinlərinin yaşı ilə bağlı təhlil aparılıb. Məlum olub ki, ötən əsrlə müqayisədə elə də ciddi dəyişiklik yoxdur. Məsələn, 1860-cı ildə bu ölkənin ən yaşlı insanı 101 yaşında vəfat edibsə, 1990-cı ildə - 108 yaşında dünyasını dəyişib. Alimlərin fikrincə bu ölkələrdə uzunömürlülük həddi 80-ci illərdən bəri dəyişmir. İsveçlə yanaşı, Yaponiya, ABŞ, Fransa və İngiltərə kimi ölkələrdə gözlənilən ömür uzunluğu göstəriciləri təhlil edilib. Bu ölkələr yüzilliklərin sayına görə liderdir. Məlum oldu ki, Jeanne Calment bütün digər insanlardan çox yaşayıb. O, 122 yaşında vəfat edib. Bu, rəsmi olaraq qeydə alınmış maksimum insan ömrüdür.
Toplanmış məlumatların əlavə təhlilindən sonra alimlər müəyyən ediblər ki, son 20 ildə maksimum ömür uzunluğu nəinki artıb, əksinə azalıb. Belə ki, 1968-ci ildən 1994-cü ilə qədər bu rəqəm hər il 0,15 il artıb. Amma 1995-ci ildən 2006-cı ilə qədər gözlənilən ömür uzunluğu hər il 0,26 il azalıb.
Gerontologiya bizə canlı orqanizmin ömrünün növdən növə çox dəyişdiyini söyləyir. Bir növ daxilində bu göstərici həmişə təxminən eynidir. Xəstəlik və yırtıcılıq olmadan tək bir növün ömrü artır. Amma bu rəqəm sonsuza qədər deyil. Məsələn, sakit şəraitdə bir siçan təxminən üç il yaşaya bilər, müxtəlif növ itlər 10-15 ilə qədər. Müxtəlif ölkələrdə insanlar 65-95 yaşa qədər yaşayırlar. Hər hansı bir ildə 125 yaşını keçən müəyyən bir şəxsin şansı 10.000-də birdən azdır.
Beləliklə, öz nəticəsinin başını tumarlayan (onun üçün xeyir-dua edən) tay rahibın yaşı tiktok paylaşımlarında deyildiyi kimi nə 400, nə də 169 deyil, adi insan üçün çox görünsə də, qeyd edilən rəqəmlərdən xeyli aşağı, cəmi 109-dur. Onu da qeyd edək ki, normal insanın 169 il yaşaması elmi cəhətdən mümkün deyil.